\

\"Real\" Ardaya görə Modriçlə müqaviləni UZATMAYACAQ

Hazırda oxunan: \"Real\" Ardaya görə Modriçlə müqaviləni UZATMAYACAQ

192123

“Real” Luka Modriçlə müqaviləni yeniləməmək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb. 

Qeyd olunur ki, xorvatiyalı futbolçu klubla yollarını ayırmaq istəmir. Buna baxmayaraq “Real”ın rəhbərliyi hesab edir ki, Modriçin klubdakı fəaliyyəti başa çatıb. İspaniya klubu gənc oyunçulara, əsasən də 19 yaşlı Arda Gülərə şans vermək istəyir. Bu mövsüm Ardanın kifayət qədər oyun şansı qazana bilmədiyi vurğulanıb. 
Qeyd edək ki, Modriç bu mövsüm "Real"da bütün turnirlərdə 43 matçda 2 qol vurub və 8 məhsuldar ötürmə edib.  Arda Gülər isə ümumilikdə 10 oyuna 3 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO