Bu federasiyaya yeni vitse-prezident SEÇİLDİ

Bu federasiyaya yeni vitse-prezident SEÇİLDİ

Hazırda oxunan: Bu federasiyaya yeni vitse-prezident SEÇİLDİ

192105

Bu gün Azərbaycan Üzgüçülük Federasiyasında icraiyyə komitəsinin növbəti iclası baş tutub. 

Federasiyasının mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, iclasda Federasiyasının 2024-cü ildə fəaliyyət planı, artıq keçirilən yarışlar, qarşıda nəzərdə tutulan yerli və beynəlxalq turnirlərdə idmançılarımızın iştirakı müzakirə olunub. 

Gündəlikdə olan digər bir məsələdə federasiyanın vitse prezidentinin seçilməsi idi. Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyev vitse prezident vəzifəsinə Tamerlan Abdullazadənin namizədliyini irəli sürüb.  

Müzakirələrdən sonra komitə üzvləri T. Abdullazadənin namizədliyini yekdilliklə dəstəkləyiblər.  Məlumat üçün bildirək ki, T. Abdullazadə federasiyanın baş katibinin müavini vəzifəsində çalışırdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO