“Qalatasaray” “Real”ın ulduz futbolçusunu transfer etmək istəyir

“Qalatasaray” “Real”ın ulduz futbolçusunu transfer etmək istəyir

Hazırda oxunan: “Qalatasaray” “Real”ın ulduz futbolçusunu transfer etmək istəyir

191920

"Qalatasaray" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Real"da çıxış edən David Alabanı transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" mövsüm bitdikdən sonra 31 yaşlı mərkəz müdafiəçisi üçün İspaniya klubun ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, David Alaba 2021-ci ilin yayında "Bavariya" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Real"a keçib. Avstriya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO