“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində postsovet məkanı klublarının siyahısında birinci pillədə qərarlaşıb.
Bizim.Media xəbər verir ki, dünyada 48-ci, Avropada isə 31-ci yerdə gedən Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır. Ağdam təmsilçisini Ukrayna “Şaxtyor”u izləyir. Donetsklilər 82-ci pilləyə yüksəliblər.
Azərbaycanın reytinqdəki digər komandaları postsovet məkanındakı klubların sıralamasında ilk “10-luğ”a düşə bilməyiblər. Bu baxımdan böyük sıçrayışa nail olan “Zirə” 19-cu, “Neftçi” 20-ci, “Sabah” isə 22-cidir.
Postsovet məkanı klublarının ilk “10-luğ”u və Azərbaycan klubları:
1 (dünyada 48-ci). “Qarabağ” (Azərbaycan) – 183 xal
2 (82). “Şaxtyor” (Donetsk, Ukrayna) – 146,5
3 (221). “Şerif” (Moldova) – 84,75
4 (222). RFŞ (Latviya) – 84,5
5 (229). “Pünik” (Ermənistan) – 83
6 (252). “Riqa” (Latviya) – 78,5
7 (255). “Zarya” (Ukrayna) – 78
8 (265). “Dinamo” (Kiyev, Ukrayna) – 76,5
9 (275). “Dnepr-1” (Ukrayna) – 74,75
10 (288). “Ararat” (Ermənistan) – 72,75
…19 (384). “Zirə” (Azərbaycan) – 60,75
20 (398). “Neftçi” (Azərbaycan) – 59,25
21 (405). “Sabah” (Azərbaycan) – 58,25.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:08 / 13.05.2024
“Qarabağ” MDB məkanının ən yaxşı komandasıdır – SİYAHI
Hazırda oxunan: “Qarabağ” MDB məkanının ən yaxşı komandasıdır – SİYAHI
Hazırda oxunan: “Qarabağ” MDB məkanının ən yaxşı komandasıdır – SİYAHI
191837
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.