Millimiz Avropa çempionu oldu

Millimiz Avropa çempionu oldu

Hazırda oxunan: Millimiz Avropa çempionu oldu

191799

Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar.

Bizim.Media Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçirilən parataekvondo üzrə Avropa çempionatına yekun vurulub.

Medalların əyarına görə milli komandamız Avropa çempionu olub. İkinci pillədə Türkiyə qərarlaşıb, AİN (Fərdi neytral idmançılar) isə üçüncü olub.

Qeyd edək ki, komandamız turnirdə baş məşqçi Fərdi Tağızadənin rəhbərliyi altında 3 idmançı ilə iştirak edib. Parataekvondoçularımızdan İmaməddin Xəlilov (70 kq) qızıl, Əbülfəz Abuzərli (80 kq) isə gümüş medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO