Bakıdakı Dünya Kubokunun son günündə rekord qeydə alındı

Bakıdakı Dünya Kubokunun son günündə rekord qeydə alındı

Hazırda oxunan: Bakıdakı Dünya Kubokunun son günündə rekord qeydə alındı

191689

Bakıda keçirilən atıcılıq üzrə Dünya kuboku başa çatıb.

Bizim.Media xəbər verir ki, yarışın son günündə kişilər və qadınlar arasında tüfəngdən 50 metr məsafəyə 3 mövqedən atəş açma növündə final görüşləri keçirilib.

Qadınların yarışında qalib adı uğrunda mübarizədə İngiltərə və Çin atıcıları üz-üzə gəliblər. Böyük Britaniyalı Şona Makintoş son atışlarda dəqiqlik nümayiş etdirərək qızıl medala sahib olub. Üçüncü yeri isə Anna Yanssen (Almaniya) tutub.

Eyni növdə kişilərin final yarışında qalib adını aşkar üstünlüyə malik olan Yukun Liu qazanıb.
Çinli idmançı mayın 9-da məhz bu Dünya kubokunda müəyyənləşdirdiyi rekordu (467.3) təzələyərək 468,9 xalla qızıl medala sahib olub.

Avstriya təmsilçisi Aleksander Şmirl gümüş, çexiyalı Jiri Privratski bürünc medalla kifayətlənib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO