17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci oyununu keçirib.
Bizim.Media xəbər verir ki, milli Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
ABFF Təlim-Məşq Mərkəzində keçirilən görüşün 90 dəqiqəsi 2:2 hesablı bərabərliklə yekunlaşıb. Azərbaycan millisinin heyətində 10-cu dəqiqədə Xanım Əsədova, 26-cı dəqiqədə isə Aylin Kərimova fərqləniblər. Qazaxıstan kollektivi penaltilər seriyası sayəsində 4:1 hesablı qələbə qazanıb.
U-17 turnirdəki son oyununu mayın 7-də, Bakı vaxtı ilə saat 12:00-da Türkiyə yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycanın U-17 millisi ilk matçında Belarus kollektivinə 1:3 hesabı ilə məğlub olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:07 / 04.05.2024
Azərbaycanın U-17 millisi Qazaxıstana uduzdu
Hazırda oxunan: Azərbaycanın U-17 millisi Qazaxıstana uduzdu
Hazırda oxunan: Azərbaycanın U-17 millisi Qazaxıstana uduzdu
190432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.