“Xırdalan” “play-off”a qələbə ilə başladı - FOTO 

“Xırdalan” “play-off”a qələbə ilə başladı - FOTO 

Hazırda oxunan: “Xırdalan” “play-off”a qələbə ilə başladı - FOTO 

189922

Bu gün Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının ilk pley-off oyunu baş tutub. 

Bizim.Media xəbər verir ki, “pley-off”un 1/4 final mərhələsində "Xırdalan" və "Neftçi" komandaları arasında seriyanın birinci oyunu gərgin mübarizə şəraitində keçib. 

Oyuna sürətli başlamış "Xırdalan" yekunda 80-75 hesablı çətin qələbə qazanıb. Bu qələbə ilə "Xırdalan" seriyada 1-0 hesablı üstünlük əldə edib. 

Ən məhsuldar basketbolçular: "Xırdalan" (Zeyver Brüyer - 18 xal, 4 ribaund), "Neftçi" (Alfonso Villis - 15 xal, 10 ribaund). 

Qeyd edək ki, "Xırdalan" və "Neftçi" klubları arasında seriyanın ikinci oyunu 2 may tarixində baş tutacaq.








Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO