"Barselona" hücumçusunu icarəyə verəcək

Hazırda oxunan: "Barselona" hücumçusunu icarəyə verəcək

189833

"Barselona" hücumçusu Vitor Rokenin gələcəyi ilə bağlı qərarını verib.

Bizim.Media xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. 

Kataloniya təmsilçisi 19 yaşlı futbolçunu qarşıdan gələn yay transfer pəncərəsində icarəyə verəcək. 

Bildirilir ki, Roke barədə qərarı baş məşqçi Xavi qəbul edib. Oyunçu mütəxəssisin növbəti mövsüm üçün planlarında yoxdur. Klub rəhbərliyi isə məşqçinin fikrini dəstəkləyib.
Qeyd edək ki, Roke “Barselona” ya 2024-cü ilin yanvarında “Atletiko Paranaense”dən keçib. O, cari mövsümdə bütün turnirlərdə 13 matçda iştirak edib və 2 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO