Yayda heyətinə əl gəzdirməyi düşünən “Çelsi” satacağı futbolçuları müəyyənləşdirib. Mövsümü uğursuz keçirən londonlular büdcə yükünü yüngülləşdirmək üçün Rahim Sterlinq və Mark Kukurelyanı yola salmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu iki oyunçuya Səudiyyə Ərəbistanından dəvət var.
Danışıqlar uğurla nəticələnsə, cütlüyün satışından 70 milyon avro əldə etmək mümkün olacaq.
2022-ci ildə “Mançester Siti”dən 56 milyon avroya transfer edilən Sterlinqin “zadəganlar”la daha 3 illik müqaviləsi var. 29 yaşlı Yamayka əsilli hücumçu özü də “Çelsi”dəki durumundan narazıdır.
Kukurelya isə “Brayton”dan 65 milyon avroya alınmışdı. Ötən 2 ildə sabit çıxış etməyən 25 yaşlı ispanın müqavilə müddəti 2028-ci ildə bitəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:39 / 26.04.2024
“Çelsi” bu futbolçuları SATACAQ
Hazırda oxunan: “Çelsi” bu futbolçuları SATACAQ
Hazırda oxunan: “Çelsi” bu futbolçuları SATACAQ
189139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.