Şahmatda müddətinə görə yeni rekord qeydə alınıb.
Bizim.Media xəbər verir ki, şahmatçılar 60 saat ardıcıl oynayaraq yeni dünya rekordu müəyyənləşdiriblər.
29 yaşlı Nigeriya çempionu Tunde Onakoya tarixin ən uzun oyununu keçirib. Əvvəlcə o, 58 saat oynamağı planlaşdırırdı, amma oyunun müddəti 60 saata çatıb. Onun rəqibi amerikalı Şon Martinez olub. Onlar təqribən iki sutka yarım Nyu-Yorkun “Tayms” meydanında fasiləsiz oynayıblar.
Onakoya bu oyunu xeyriyyə məqsədilə təşkil edib. Şahmatçı 1 milyon dollar toplamağı bacarıb.
Bütün pullar aztəminatlı ailələrdən olan afrikalı uşaqların təhsilinə yönəldiləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:50 / 22.04.2024
Şahmat üzrə yeni dünya rekordu – FOTO
Hazırda oxunan: Şahmat üzrə yeni dünya rekordu – FOTO
Hazırda oxunan: Şahmat üzrə yeni dünya rekordu – FOTO
188421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.