İtaliyalı gimnast: Bakıda çıxış etmək fərqli təcrübə oldu

İtaliyalı gimnast: Bakıda çıxış etmək fərqli təcrübə oldu

Hazırda oxunan: İtaliyalı gimnast: Bakıda çıxış etmək fərqli təcrübə oldu

188269

"Əziyyətimin bəhrəsini gördüm".

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda gürzlərlə çıxışda birinci olan Sofiya Raffaeli deyib.

İtaliyalı gimnast bildirib ki, Azərbaycan paytaxtında təşkil olunmuş yarış onun üçün uğurlu alınıb:

"Gürzlərlə hərəkətdə birinci, halqa ilə isə ikinci yerin sahibi oldum. Nəticəmdən çox şadam. Əziyyətimin bəhrəsini gördüm".

20 yaşlı gimnast Bakıda təşkil olunan Dünya Kubokunun onun üçün maraqlı təcrübə olduğunu söyləyib:

"Əla hisslər idi. Daha əvvəl böyük nəticələr qazansam da, burada çıxış etmək fərqli təcrübə oldu. Daha çox çalışıb, birinci olmaq istəyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO