Bakıda qızıl medal qazanan gimnast: Azərbaycan xalqına təşəkkür edirəm

Bakıda qızıl medal qazanan gimnast: Azərbaycan xalqına təşəkkür edirəm

Hazırda oxunan: Bakıda qızıl medal qazanan gimnast: Azərbaycan xalqına təşəkkür edirəm

188254

"Çıxışımdan çox razı qaldım".

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda birinci yeri tutan Daria Varfolomeyev deyib.

Almaniyanı təmsil edən idmançı birinci yeri tutduğu üçün xoşbəxt olduğunu bildirib:

"Çıxışımdan çox razı qaldım. Hər şey istədiyim kimi oldu. Almaniyaya qızıl medalla qayıdıram. Bundan daha yaxşısı ola bilməzdi. İnanıram ki, gələcəkdə bu cür nəticələrimi təkrarlayacağam".

Lentlə hərəkətlərdə birinci yerin sahibi olan gimnast təşkilatçılıqdan razı qaldığını söyləyib:

"Hər şey möhtəşəm idi. Azərbaycanlı azarkeşlərin bizi dəstəkləməsi fantastik hisslər idi. Buna görə xalqınıza təşəkkür edirəm".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO