İlham Əliyev Ramili təbrik etdi  - “Türkiyəni təmsil edirsən, ancaq...”x9d

İlham Əliyev Ramili təbrik etdi - “Türkiyəni təmsil edirsən, ancaq...”x9d

Hazırda oxunan: İlham Əliyev Ramili təbrik etdi - “Türkiyəni təmsil edirsən, ancaq...”x9d

187830
Prezident İlham Əliyev yüngül atletika üzrə dünya çempionu Ramil Quliyevi təbrik edib.

Moderator.az AzerTac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Əziz Ramil.xa0

İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan.

Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan.

Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik.

Sənə idmanda yeni qələbələr arzulayıram"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO