Qrossmeysterlərimiz erməni şahmatçı ilə bu tarixdə görüşəcək - Çempionlar Turu başlayır

Qrossmeysterlərimiz erməni şahmatçı ilə bu tarixdə görüşəcək - Çempionlar Turu başlayır

Hazırda oxunan: Qrossmeysterlərimiz erməni şahmatçı ilə bu tarixdə görüşəcək - Çempionlar Turu başlayır

18781

Şahmat üzrə Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsinin püşkü atılıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov "New In Chess" adlı mərhələnin ilk turunda ABŞ təmsilçisi Hikaru Nakamuraya rəqib olub.

Teymur Rəcəbov isə birinci turda Qaveyn Cons (Böyük Britaniya) ilə üz-üzə gələcək. Rəcəbov ağ, Məmmədyarov qara fiqurlarla oynayacaq.

Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla III, Məmmədyarov isə XIII turda qarşılaşacaq. Onlar müvafiq olaraq qara və ağ fiqurlarla mübarizə aparacaqlar.

V mərhələdə də 16 şahmatçı olacaq. Yarış İddiaçılar Turniri ilə eyni vaxta düşdüyü üçün siyahıya aparıcı qrossmeysterlərin əvəzinə bir neçə yeni şahmatçı daxil edilib.

Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dolları olacaq. Qalib 30 000 dollar qazanacaq.

Qeyd edək ki, aprelin 24-də start götürəcək yarış mayın 2-də başa çatacaq.

Qeyd edək ki, püşkə əsasən, ilk 5 tur aprelin 24-də, VI - X turlar aprelin 25-də, XI - XV turlar aprelin 26-da keçiriləcək. İlkin mərhələnin yekununda 8 ən güclü şahmatçı 1/4 finala yüksələcək. Turnirə mayın 2-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO