Danışılmış oyun şübhəsi olan “İrəvan”-“Araz Saatlı” matçı ilə bağlı ARAŞDIRMA BAŞLADI 

Hazırda oxunan: Danışılmış oyun şübhəsi olan “İrəvan”-“Araz Saatlı” matçı ilə bağlı ARAŞDIRMA BAŞLADI 

187413

AFFA I Liqanın 20-ci turunda keçirilən “İrəvan” - “Araz Saatlı” (1:4) matçı ilə bağlı araşdırma aparır. 

Bizim.Media xəbər verir ki, bunu “CBC Sport”a açıqlamasında federasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib. 

O, bildirib ki, AFFA olaraq danışılmış oyunlarla bağlı məsələləri daim diqqətdə saxlayırlar:

“Sözügedən oyun ictimaiyyətdə söz-söhbət doğurduğundan, tərəfimizdən nəzarətə götürülüb, UEFA-ya da məlumat verilib. Bundan başqa, güc strukturları da məlumatlandırılıb. Məsələ araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər. Sözügedən məsələlərdə bağlı hər hansısa bir siqnal və ya məlumat AFFA-ya daxil olduğu təqdirdə, dərhal müəyyən olunmuş addımlar atılır, aidiyyatı üzrə müəyyən qurumlara məlumat ötürülür, məsələrə araşdırılır. 

Sözügedən oyunla bağlı da onu qeyd edə bilərəm ki, bu matçın ictimaiyyətdə söz-söhbət yaratdığını nəzərə alaraq bizim tərəfimizdən də məsələ nəzarətə götürüldü. Tərəfimizdən UEFA-ya məlumat ötürüldü. Ola bilsin, onların tərəfindən bu oyunla bağlı hər hansısa bir əlavə məlumat AFFA-ya verilsin. Həmçinin öncədən qeyd etdiyim kimi müəyyən addımlar mövcuddur, hansılar ki, atılıb”.

S.Hacıyev qeyd edib ki, həmin oyunla bağlı AFFA tərəfindən güc strukturlarına da müraciət olunub:

“Əlbəttə ki, məsələrə araşdırılır. Araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər".

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO