“Azərreyl” yarımfinalın ilk oyununda qalib gəldi

Hazırda oxunan: “Azərreyl” yarımfinalın ilk oyununda qalib gəldi

187338

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib. 

Bizim.Media xəbər verir ki, raundun ilk görüşündə “Azərreyl” və MOİK komandaları üz-üzə gəliblər. 

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada birincilər asan qələbə qazanıblar. Görüşün taleyini 3 setdə həll edən “Azərreyl” (25:15, 25:17, 25:12) rəqibin müqaviməti ilə üzləşməyib. 

Komandalar arasında cavab matçı aprelin 17-də baş tutacaq. Yarımfinal mərhələsinin digər cütündə aprelin 16-da “Murov Az Terminal” ilə “Neftçi” qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO