Aprelin 17-20-də Qətərin paytaxtı Dohada keçiriləcək kişi və qadın gimnastikası üzrə Dünya kubokunda iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, yığmamız yarışda 6 idmançı ilə təmsil olunacaq.
Dohada məşqçilər Eldar Səfərov, Ruslan İrqaşev və Olqa Barkalavanın rəhbərliyi altında Rəsul Əhmədzadə (dəstəli at, paralel qollar), Mənsum Səfərov (sərbəst hərəkətlər, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar), Nikita Simonov (halqalar), Murad Ağarzayev (sərbəst hərəkətlər, dayaqlı tullanma) və Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) mübarizə aparacaq.
Dünya kubokunda hakimlər sırasında isə Zəkəriyyə Muradlı və Əhməd Ağayev yer alacaqlar.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:38 / 15.04.2024
Dünya kubokunda iştirak edəcək gimnastlarımız MÜƏYYƏNLƏŞDİ - FOTO
Hazırda oxunan: Dünya kubokunda iştirak edəcək gimnastlarımız MÜƏYYƏNLƏŞDİ - FOTO
Hazırda oxunan: Dünya kubokunda iştirak edəcək gimnastlarımız MÜƏYYƏNLƏŞDİ - FOTO
187305
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.