“Şəki” mövsümdə ilk qələbəsini QAZANDI 

Hazırda oxunan: “Şəki” mövsümdə ilk qələbəsini QAZANDI 

187285

Azərbaycan Basketbol Liqasında XVII tura yekun vurulub. 

Bizim.Media xəbər verir ki, günün yeganə görüşü Şəkidə baş tutub. 

Şəhərin eyniadlı komandası “Gəncə”ni qəbul edib. Autsayderlərin duelində meydan sahibləri uğursuz seriyaya son qoyublar. "Şəki" mövsümdə ilk qələbəsini qazanıb. 
Qeyd edək ki, turun ilk matçlarında "Sərhədçi" "Xəzri"ni 90:70, "Xırdalan" "Neftçi"ni 114:109, “Sabah” “Sumqayıt”ı 93:73, NTD-İNDİQO “Cəlilabad” 108:87 hesabı ilə məğlub edib.

14 aprel

XVII tur

14:00. “Şəki” – “Gəncə” - 82:73 (18:17, 24:18, 26:12, 14:26)

Şəki Olimpiya İdman Kompleksi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO