Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, yığma B qrupunun üçüncü matçında Niderland kollektivi ilə üz-üzə gəlib.
Daha əvvəl yarımfinal mərhələsinə vəsiqəni təmin edən yığmamız rəqibinə 11:15 hesabı ilə uduzub.
Qeyd edək ki, yarımfinal və həlledici oyunlar aprelin 14-də baş tutacaq. Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
![Basketbol millimiz lisenziya turnirinin YARIMFİNALINDA Basketbol millimiz lisenziya turnirinin YARIMFİNALINDA](https://bizim.media/file/articles/2024/04/13/1713009330_photo_5246778671119849525_y.jpg)
- A-
- A
- A+
İdman
16:07 / 13.04.2024
Basketbol millimiz lisenziya turnirinin YARIMFİNALINDA
Hazırda oxunan: Basketbol millimiz lisenziya turnirinin YARIMFİNALINDA
Hazırda oxunan: Basketbol millimiz lisenziya turnirinin YARIMFİNALINDA
186997
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.