Səudiyyə Ərəbistanı Superkuboku çərçivəsində “Əl-Hilal” və “Əl-İttihad” komandaları arasında baş tutan qarşılaşmadan sonra gözlənilməz hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, azarkeşlərdən biri "Əl İttihad"ın futbolçusu Hamdallahı qamçılayıb.
Azarkeşin bu addımına komandanın məğlubiyyətə uğraması səbəb olub.
Qeyd edək ki, görüş “Əl-Hilal”ın 4-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizim.Media