“Qalatasaray” - “Fənərbağça” oyunu ilə bağlı yekun qərar verilib

“Qalatasaray” - “Fənərbağça” oyunu ilə bağlı yekun qərar verilib

Hazırda oxunan: “Qalatasaray” - “Fənərbağça” oyunu ilə bağlı yekun qərar verilib

186755

Türkiyə Superkuboku uğrunda baş tutmayan “Qalatasaray” - “Fənərbağça” oyunu ilə bağlı yekun qərar verilib.

Bizim.Media  xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi meydandan çəkilən “sarı-lacivərdilər”ə 0:3 hesablı texniki məğlubiyyət, eləcə də 4 milyon TL (210 418 manat) məbləğində pul cəzası verib.

Komandanı meydandan çıxaran idarəçi Əhməd Kətənci 60 gün hüquq məhrumiyyəti və 520 min TL (27 354 manat) pul cəzasına məhkum edilib.

Qeyd edək ki, TFF-nin qərarları ilə razılaşmayan “Fənərbağça” oyuna U-19 komandası ilə çıxıb. Birinci dəqiqədə “Qalatasaray” hesabı açdıqdan sonra rəqib klubun oyunçuları meydanı tərk edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO