Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı

Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı

Hazırda oxunan: Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı

18650

Sərbəst güləşçimiz Osman Nurməhəmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz ilk görüşdə alman idmançı Robin Ferdinand üzərində inamlı qələbə qazanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan güləşçisi erməni rəqibini məğlub etdi


Dörddəbir finalda təmsilçimiz Bolqarıstan güləşçisi Axmed Maqamayevdən üstün olub. Yarımfinala yüksələn güləşçimiz Rusiya təmsilçisi Maqomed Kurbanova məğlub olub.

Bürünc medal uğrunda görüşdə ukraynalı Andril Vlasovla qarşılaşan güləşçimiz xalçadan qalib ayrılıb və Avropa çempionatını üçüncü pillədə başa vurub.

Qeyd edək ki, daha əvvəl millimizin üzvlərindən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medala sahib olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO