Olimpiadaya lisenziya qazanan Azərbaycan güləşçilərinin sayı 5-ə çatdı

Olimpiadaya lisenziya qazanan Azərbaycan güləşçilərinin sayı 5-ə çatdı

Hazırda oxunan: Olimpiadaya lisenziya qazanan Azərbaycan güləşçilərinin sayı 5-ə çatdı

186122

Aprelin 7-də Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ukraynalı Vasili Mixaylovla üz-üzə gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı - FOTO


Rəqibinə 4:1 hesabı ilə qalib gələn O. Nurmaqomedov "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Xatırladaq ki, daha əvvəl bu turnirdə mübarizə aparan sərbəst güləşçi Turan Bayramov (74 kiloqram), Hacı Əliyev (65 kiloqram) və Əliabbas Rzazadə (57 kiloqram), həmçinin Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya əldə ediblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO