“Neftçi”nin legioneri Türkiyə klubuna keçə bilər

“Neftçi”nin legioneri Türkiyə klubuna keçə bilər

Hazırda oxunan: “Neftçi”nin legioneri Türkiyə klubuna keçə bilər

185935

“Neftçi”nin müdafiəçisi Yuri Matias Türkiyə klublarının diqqətini çəkib. 

Bizim.Media xəbər verir ki, braziyalı futbolçu Superliqada mübarizə aparan “Alanyaspor” Matiası yaxından izləyir. 

Türkiyə klubu mövsümün əvvəlindən “Neftçi”nin futbolçusunun performansını diqqətdə saxlayır. "Alanyaspor" Matias üçün yayda “Neftçi”yə rəsmi təklif irəli sürməyi planlaşdırır. 
Qeyd edək ki, bu klub 31 turdan sonra Türkiyə Superliqasında 42 xalla 9-cu pillədədir. Əlavə edək ki, Matias 2023-cü ilin iyulun 18-də “Neftçi”yə keçib. Onun “ağ-qaralar”la müqaviləsi 2025-ci ilin iyunun 30-na qədərdir. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO