Milllimiz Şimali Makedoniyaya uduzdu

Hazırda oxunan: Milllimiz Şimali Makedoniyaya uduzdu

185543

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. 

Bizim.Media xəbər verir ki, 5-ci qrupda yer alan komanda bu gün 5-ci tur çərçivəsində doğma meydanda Şimali Makedoniya yığmasına uduzub. 

Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqibin 37:22 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında Şimali Makedoniyada keçirilən görüşdə meydan sahibləri 40:17 hesablı qələbə qazanmışdılar. 
Hazırda Azərbaycan millisi 2 xalla qrupda sonuncu – 4-cü pillədə yer alıb. Şimali Makedoniya isə 6 xalla ikincidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO