“Xırdalan” “Sərhədçi”yə qalib gəldi

Hazırda oxunan: “Xırdalan” “Sərhədçi”yə qalib gəldi

185537

Bu gün Azərbaycan Basketbol Liqasında XVI tura start verilib. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. 

Açılış görüşündə “Xırdalan” “Sərhədçi” ilə üz-üzə gəlib. Oyun Xırdalan basketbolçularının qələbəsi ilə başa çatıb. Uğur Özdemirin komandası 2-ci və 3-ci periodlarda rəqibini üstələyib. 

Son periodda fərqi aradan götürən, hətta 1 xallıq fərqlə önə keçən "Sərhədçi"nin bundan artığına gücü çatmayıb. 

Məhsuldar keçən görüşü "Xırdalan" 112:105 hesabı ilə qalib gəlib. Bu, komandanın mövsümdə 10-cu qələbəsi olub. 

Qeyd edək ki, hər gün 1 görüş baş tutacaq tura aprelin 7-də yekun vurulacaq. “Sabah” “Şəki”ni, “Sumqayıt” “Xəzri”ni, “Gəncə isə “Cəlilabad”ı qəbul edəcək. Tura NTD-İNDİQO - “Neftçi” matçı ilə yekun vurulacaq.
XVI tur

3 aprel

19:30. “Xırdalan” – “Sərhədçi” - 112:105 (30:30, 33:27, 28:23, 21:25)

Sərhədçi İdman Mərkəzi

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO