14 güləşçimiz Bakıda Olimpiya lisenziyası qazanmağa çalışacaq

14 güləşçimiz Bakıda Olimpiya lisenziyası qazanmağa çalışacaq

Hazırda oxunan: 14 güləşçimiz Bakıda Olimpiya lisenziyası qazanmağa çalışacaq

185496

Bakıda keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində iştirak edəcək Azərbaycan yığmalarının heyəti bəlli olub.

Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya bildiriblər ki, milli komanda yarışda 14 güləşçi ilə təmsil olunacaq.

Aprelin 5-də yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Nihat Məmmədli (60 kiloqram), İslam Abbasov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Beka Kandelaki (130 kiloqram) ilk yarış günündə Olimpiadaya lisenziya qazanmağa çalışacaq.

Növbəti gün qadın güləşi üzrə millinin 5 üzvü xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kiloqram), Elnurə Məmmədova (53 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Birgül Soltanova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) ölkəmizi bu növdə təmsil edəcək.
Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. Əliabbas Rzazadə (57 kiloqram), Hacı Əliyev (65 kiloqram), Turan Bayramov (74 kiloqram), Osman Nurmaqomedov (86 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) “doğma divarlar” arasında mübarizə aparacaqlar.

Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə finala çıxan güləşçilər “Paris-2024”ə vəsiqə qazanacaqlar.

Yarış aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında baş tutacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO