Qurban Qurbanov dünyanın ən yaxşı məşqçiləri SİYAHISINDA

Qurban Qurbanov dünyanın ən yaxşı məşqçiləri SİYAHISINDA

Hazırda oxunan: Qurban Qurbanov dünyanın ən yaxşı məşqçiləri SİYAHISINDA

185429

Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisi sırasında bir azərbaycanlı məşqçi yer alıb. 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində 139-cudur. 1670 xala malik 52 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 1 pillə irəliləyib. 

"Neftçi"nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 195-cidir. O, ötən siyahıdakı mövqeyini 1 pillə yaxşılaşdırıb. 

Qeyd edək ki, cədvələ 2221 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO