“Abşeron” Gəncədə məğlub oldu, “Azərreyl”dən növbəti qələbə

Hazırda oxunan: “Abşeron” Gəncədə məğlub oldu, “Azərreyl”dən növbəti qələbə

185376

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. 

Bizim.Media xəbər verir ki, Yüksək Liqada XIX turun üç matçı baş tutub. Gəncədə eyniadlı komanda çempionatın liderləri qrupunda yer alan “Abşeron”u qəbul edib. Qarşılaşma gözlənilmədən meydan sahiblərinin asan qələbəsi ilə yekunlaşıb.

“Murov Az Terminal” "Abşeron"un məğlubiyyətindən istifadə edib. UNEC-lə görüşdə çətinlik çəkməyən komanda 2-ci pilləyə yüksəlib. "Tələbələr" bu görüşdə cəmi 26 xal qazana biliblər.
“Azərreyl” “Milli Aviasiya Akademiyası”nı sınağa çəkib. Oyun "dəmiyolçular"ın asan qələbəsi ilə başa çatıb. Bu qələbə "Azərreyl"lə ən yaxın izləyicisini 8 xal qabaqlamaq imkanı verib.

Yüksək Liqa (qadınlar)

XIX tur

2 aprel

17:00. “Gəncə” - “Abşeron” - 3:0 (25:18, 25:20, 25:16)

Gəncə OİK

17:00. “Azərreyl” - “Milli Aviasiya Akademiyası” - 3:0 (25:7, 25:19, 25:18)

GİN-nin Voleybol Mərkəzi

18:00. UNEC - “Murov Az Terminal” - 0:3 (5:25, 11:25, 10:25)

UNEC-in idman zalı

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO