“Qarabağ”ın legioneri Fransada niyə oynamaq istəməyib?

Hazırda oxunan: “Qarabağ”ın legioneri Fransada niyə oynamaq istəməyib?

185371

“Qarabağ”ın futbolçusu Yassin Benzia Fransa klublarının təkliflərini qəbul etməyib. 

Bizim.Media xəbər verir ki, bunu əlcəzairli yarımmüdafiəçinin özü açıqlayıb. 

O bildirib ki, Liqa2 təmsilçilərindən təkliflər alıb. Benzia aşağı dəstə klublarında oynamaq istəmədiyi üçün bu variantları qəbul etməyib:

“Cari mövsümdə artıq 40-dan çox oyun keçirmişəm. Avropa Liqasında da oynamışam. Mənə Fransa Liqa2-dən təkliflər var idi. Amma mən özümü o səviyyədə görmək istəmədim. Əla mövsüm keçirirəm. Mən xoşbəxtəm. Sonda planımız istədiyimiz kimi gerçəkləşdi”.
Qeyd edək ki, Benzia mövsümün 41 matçında 13 qol və 10 assistə imza atıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO