Millimizin üzvü Türkiyədə klubunu dəyişə bilər

Millimizin üzvü Türkiyədə klubunu dəyişə bilər

Hazırda oxunan: Millimizin üzvü Türkiyədə klubunu dəyişə bilər

185361

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyev yeni mövsümə yeni komandada başlamağa çox yaxındır. 

Bizim.Media xəbər verir ki, Diniyevin Türkiyədə qalacağı ehtimal edilir. 

İddiaya əsasən, Ona Türkiyə birinci liqasında yarışan klublar maraq göstərir. Həmin klublar arasında "Boluspor"un da adı var. Millimizin digər üzvü olan Vüsal İsgəndərlinin formasını geyindiyi klub yeni mövsüm üçün Coşqunu heyətinə qatmağa iddialıdır.
28 yaşlı futbolçu "Ümraniyespor"la 2023-cü il iyulun 5-də müqavilə imzalayıb. Onun hazırkı komandası ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

Hazırda "Boluspor" 43 xalla 7-ci pillədədir və Superliqaya çıxmaq üçün pley-off mərhələsinə düşməyi qarşısına məqsəd qoyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO