Premyer Liqada klubların sayı ARTIRILACAQ?

Hazırda oxunan: Premyer Liqada klubların sayı ARTIRILACAQ?

185325

Premyer Liqada sonuncu yeri tutan komandanın elitada qalması və ya ölkə çempionatında komanda sayının artırılması müzakirə mövzusudur. 

Bizim.Media xəbər verir ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf məsələ ilə bağlı açıqlama verib.

O, Premyer Liqanın formatı ilə bağlı müzakirələrin aparılacağını bildirib:

"İcraiyyə Komitəsində qərarları bütün üzvlərlə birlikdə müzakirə edərək qəbul edəcəyik. Bugünkü iclas qarşıya qoyulan, qısa müddətdə verilən qərarlarla bağlıdır. Müzakirə olunacaq məsələlərdən biri də çempionatın formatı və klub sayına yenidən baxılması olacaq. Hansısa qərar yoxdur. Buna zaman olmayıb. Bu, təhlil tələb edir. İK-nin bütün qərarları təhlilə əsaslanaraq qəbul olunacaq. Hansısa qərarı verəcək, digər ölkələrdəki təcrübəni də nəzərə alacağıq. 

Nəyə fikir vermək lazımdır, nə işləyir, nə işləmir, bunları təhlil edib qərar verəcəyik. Bəzi hədəflərə qısa müddətdə nail olmaq çətindir. Bəzi qərarlar isə qısa müddətdə qərar qəbul oluna bilər. Premyer Liqanın formatı ilə bağlı təhlil aparacağıq".

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO