Atletika federasiyası 1 ilin hesabatını verdi - FOTO

Atletika federasiyası 1 ilin hesabatını verdi - FOTO

Hazırda oxunan: Atletika federasiyası 1 ilin hesabatını verdi - FOTO

185197

Bu gün Azərbaycan Atletika Federasiyasına yeni rəhbərliyin gəlməsinin 1 ili tamam olur.

Bizim.Media xəbər verir ki, bununla bağlı federasiya ötən müddət ərzində görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, son dövrlər idmançılarımızın müxtəlif beynəlxalq yarışlardakı nəticələrində yüksəliş hiss olunur. Bu sırada Anna Skidanın ötən il Budapeştə keçirilən dünya çempionatındakı 4-cü yeri tutaraq Paris Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etməsi vurğulanmalıdır. Ötən il ərzində AAF və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı, Gəncə, İsmayıllıda kütləvi qaçış yarışları, 100 km məsafəyə ultramarafon həmçinin, fevralın 29-dan martın 4-dək davam edən Xankəndi – Bakı ultramarafonu təşkil olunub. “Qürurla irəli” şüarı altında keçirilən yarışda yerli atletlərlə yanaşı, xarici idmançılar da ümumilikdə 380 km-lik məsafəni qət etdilər.

Hazırda atletikanın coğrafiyasının genişləndirilməsi və gələcək uğurların təməlinin qoyulması istiqamətində mühüm işlər aparılır. 
Ötən ilin noyabr ayında Əmircan qəsəbəsində atletikanın atma növləri üzrə məşq bazası tikilərək idmançıların ixtiyarına verilib. Bundan əlavə, federasiyanın müasir tələblərə uyğun olan yeni ofisi istifadəyə verilib.

Federasiya nümayəndələri istedadlı uşaqların müəyyən edilməsi layihəsi çərçivəsində respublikanın müxtəlif bölgələrinə səfər edərək 1000-ə yaxın şagirdi nəzərdən keçiriblər. Seçilən məktəblilər nəzarətə götürülüb və onların inkişafının təmin olunması üçün lazımi tədbirlər həyata keçirilir.







Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO