5 idmançımız Antalyada yarışa niyə buraxılmayıb? - AÇIQLAMA

5 idmançımız Antalyada yarışa niyə buraxılmayıb? - AÇIQLAMA

Hazırda oxunan: 5 idmançımız Antalyada yarışa niyə buraxılmayıb? - AÇIQLAMA

185125

Xəbər verdiyimiz kimi, Azərbaycanın 5 paracüdoçusu Türkiyədə keçirilən Qran-pri yarışlarına buraxılmayıb. Onlardan biri Xanım Hüseynova yaranan çətinliklə bağlı danışıb. 

Bizim.Media xəbər verir ki, qafqazinfo.az-a fikirlərini bölüşən təcrübəli idmançı Beynəlxalq Cüdo Federasiyasının əlavə sənəd tələb etdiyini bildirib: 

“Hazırda Antalyadayıq. Testdən keçməmək  və yaxud buraxılmamaq kimi bir şey yoxdur. Əlavə sənəd istəyiblər. Sənədləri təqdim edib Gürcüstanda keçiriləcək növbəti yarışa qatılacağıq. Beynəlxalq Cüdo Federasiyasının açıqladığı nəticələr növbəti yarışda testdən keçəcək idmançıların siyahısıdır.
Qaydalar hər dəfə dəyişir. Bir xəstəliyin fərqli aparatlardan keçməsi üçün sənədlər tələb olunur. Digər paracüdoçuların testlərdən necə keçməsi ilə bağlı bizdə məlumat yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO