"Milan" qapıçısı Mayk Menyanın yerinə "Valensiya"nın 23 yaşlı gürcüstanlı qolkiperi Georgi Mamardaşvilini nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
"Milan" hazırda fransalı qolkiperlə yeni müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilmir. Menyan ildə 8 milyon avro maaş gözləyir. İtaliya klubunun rəhbərliyi isə 28 yaşlı futbolçuya vinger Rafael Leaonun aldığı 7 milyon avrodan artıq pul ödəmək istəmir.
"Milan"ın Mamardaşvili üçün 40-50 milyon avro ödəməli olacağı vurğulanır.
Qeyd edək ki, Mamardaşvili bu mövsüm bütün turnirlərdə 28 qarşılaşmada iştirak edib, onun 9-da qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
06:40 / 01.04.2024
“Milan” gürcü qapıçı ilə maraqlanır
Hazırda oxunan: “Milan” gürcü qapıçı ilə maraqlanır
Hazırda oxunan: “Milan” gürcü qapıçı ilə maraqlanır
185036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.