Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə"də gümüş medal qazanıb.
Bizim.Media xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov finalda yaponiyalı Sanşiro Muraoya uduzub.
Beləliklə, yığma yarışı iki gümüş medalla başa vurub. Daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) eyni mükafata sahib çıxıb.
Bizim.Media