“Qarabağ”ın qapıçısı Andrey Lunyov Azərbaycanda bir ay ərzində nə qədər pul xərcləməsi ilə bağlı sualı cavablandırıb.
Bizim.Media xəbər verir ki, Rusiya millisinin qolkiperi bununla bağlı ölkəsinin mətbuatına danışıb.
O, aylıq xərcinin 5000 avroya qədər olduğunu bildirib:
“Gəlin belə deyək, mənzil üçün 1500, maşın üçün 1000 avro lazımdır. Övladım uşaq bağçasına çox getmir. Benzin az istifadə olunur. Ayda nə qədər xərcləndiyimi dəqiq söyləmək çətindir. Hər şey birlikdə təxminən 4000-5000 avroya çatır”.
Qeyd edək ki, Andrey Lunyov ötən ilin avqustundan “Qarabağ”da çıxış edir. Bu müddət ərzində o, komandanın heyətində 26 çempionat matçında iştirak edib. O cümlədən Avropa Liqasında 10 oyun keçirib. Lunyovun müqaviləsi mövsümün sonuna kimidir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
10:41 / 29.03.2024
“Qarabağ”ın qapıçısı: “Bakıda 4-5 min avro xərcləyirəm”
Hazırda oxunan: “Qarabağ”ın qapıçısı: “Bakıda 4-5 min avro xərcləyirəm”
Hazırda oxunan: “Qarabağ”ın qapıçısı: “Bakıda 4-5 min avro xərcləyirəm”
184682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.