Azərbaycan çempionu kubokda mübarizəni DAYANDIRDI

Hazırda oxunan: Azərbaycan çempionu kubokda mübarizəni DAYANDIRDI

184491

Bu gün basketbol üzrə Azərbaycan kubokunda qrup mərhələsinə yekun vurulub. 

Bizim.Media xəbər verir ki, B qrupunda V turun 2 matçı baş tutub.

“Sərhədçi” İdman Mərkəzinin meydanına öncə autsayderlər çıxıb.

“Gəncə” və “Şəki” sonuncu olmamaq uğrunda mübarizə aparıb. Gəncəlilər qələbə qazanıblar. Günə “Sabah”la NTD-İNDİQO arasında matçla yekun vurulub. Yarımfinala vəsiqə verən ilk iki yerin sahibi bu görüşdən sonra bəlli olub. Çempion "Sabah" güclü rəqibinə uduzaraq, qrup mərhələsini 3-cü pillədə başa vurub. NTD-İNDİQO və "Sərhədçi" növbəti mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, A qrupunda “Neftçi” və “Xəzri” yarımfinala yüksəlib.

Azərbaycan kuboku

27 mart

B qrupu, V tur

16:30. “Gəncə” – “Şəki” - 85:78 (26:16, 23:17, 15:23, 21:22)

19:30. “Sabah” – NTD-İNDİQO - 85:89 (16:24, 23:20, 25:20, 21:25)

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO