"Fənərbağça"nın kapitanı Edin Ceko karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, bosniyalı forvardın xidmətində "Əl-Hilal" maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ərəblər 38 yaşlı hücumçuya illik 11 milyon avro maaş təklif edib. Ulduz futbolçu karyerasını bitirmədən öncə ərəb ölkəsində oynamağa isti yanaşır.
Qeyd edək ki, Edin Ceko 2023-cü ilin yayından "Fənərbağça"da çıxış edir. Bosniya və Herseqovina milli komandasının üzvü istanbul təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 22 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Təcrübəli hücumçunun Türkiyə klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:09 / 28.03.2024
“Fənərbağça”nın hücumçusuna Səudiyyə Ərəbistanından FANTASTİK TƏKLİF
Hazırda oxunan: “Fənərbağça”nın hücumçusuna Səudiyyə Ərəbistanından FANTASTİK TƏKLİF
Hazırda oxunan: “Fənərbağça”nın hücumçusuna Səudiyyə Ərəbistanından FANTASTİK TƏKLİF
184480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.