Braziliyanın "Flamenqo" klubunun hücumçusu Qabriel Barbosa 2 il müddətinə futboldan uzaqlaşdırılıb.
Bizim.Media xəbər verir ki, buna səbəb 27 yaşlı futbolçunun dopinq testi zamanı saxtakarlıq etməsidir.
Braziliyalı forvard oyundan bir gün öncə verilən dopinq testi zamanı qayda pozuntusuna yol verib.
Onun cəzası 8 aprel 2023-cü il tarixindən hesablanacaq. "Qabiqol" ləqəbli futbolçu aprel ayında başlayacaq ölkə çempionatında bir mövsümü buraxacaq. O, 2025/26 mövsümündən etibarən yaşıl meydanlara qayıdacaq.
Qeyd edək ki, Qabriel Barbosa Braziliya milli komandasının heyətində 18 oyunda meydana çıxıb və 5 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:39 / 27.03.2024
Braziliyalı oyunçu 2 illik futboldan UZAQLAŞDIRILDI
Hazırda oxunan: Braziliyalı oyunçu 2 illik futboldan UZAQLAŞDIRILDI
Hazırda oxunan: Braziliyalı oyunçu 2 illik futboldan UZAQLAŞDIRILDI
184325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.