"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Elvin Yunuszadə karyerasını Birinci Liqada davam etdirəcək.
Bizim.Media xəbər verir ki, müdafiəçi "İmişli"nin formasını geyinəcək. O, artıq bölgə təmsilçisinin düşərgəsinə qoşulub.
31 yaşlı futbolçu mövsümün sonuna qədər bölgə klubunun formasını geyinəcək.
Qeyd edək ki, Yunuszadə qış "transfer pəncərəsi" zamanı Kosovonun yüksək liqasında yarışan "Fuşe Kosovo" klubuna keçməli idi. Lakin sənəd məsələlərinə görə keçid baş tutmayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:10 / 24.03.2024
“Qarabağ”ın sabiq üzvü Birinci Liqa klubunda
Hazırda oxunan: “Qarabağ”ın sabiq üzvü Birinci Liqa klubunda
Hazırda oxunan: “Qarabağ”ın sabiq üzvü Birinci Liqa klubunda
184064
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.