“Azərbaycan – Monqolustan matçının bəzi epizodlarına baxdıq. Oyunda güclü olan tərəf Azərbaycan idi. Biz də rəqibimizi analiz etmişik. Oyuna hazırıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin kapitanı Kiril Despodov “FIFA series – Edition 2024” layihəsi çərçivəsində sabah Azərbaycana qarşı keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında deyib.
O, Azərbaycan millisinin asan rəqib olmadığını bildirib: “Azərbaycan millisi ciddi rəqibdir. Paltardəyişmə otağında heç kim Azərbaycanla oyunun bizim üçün rahat olacağını fikirləşmir. Amma ilk növbədə rəqib haqda düşünmürük, öz oyunumuz barədə fikirləşirik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, müsbət nəticə qazanmağı planlaşdırırıq”.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:56 / 24.03.2024
Bolqarıstan millisinin baş məşqçisi: “Azərbaycan ciddi rəqibdir”
Hazırda oxunan: Bolqarıstan millisinin baş məşqçisi: “Azərbaycan ciddi rəqibdir”
Hazırda oxunan: Bolqarıstan millisinin baş məşqçisi: “Azərbaycan ciddi rəqibdir”
184055
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.