Cüdoçularımız “Böyük Dəbilqə”ni dörd medalla başa vurdular

Cüdoçularımız “Böyük Dəbilqə”ni dörd medalla başa vurdular

Hazırda oxunan: Cüdoçularımız “Böyük Dəbilqə”ni dörd medalla başa vurdular

184051

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirini dörd medalla başa vurublar.

Bizim.Media xəbər verir ki, yarışın son günündə millinin daha iki üzvü fəxri kürsüyə yüksəlib.

Elcan Hacıyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıblar.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) üçüncü olublar. Azərbaycanı “Böyük Dəbilqə” turnirində doqquz çəki dərəcəsində 11 kişi, dörd qadın cüdoçu təmsil edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO