Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək

Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək

Hazırda oxunan: Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək

183687

İlk dəfə Bakıda təşkil olunan futbol üzrə “FIFA series - Edition 2024” layihəsi çərçivəsində bu gün ilk oyunlar keçiriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisi birinci görüşünə çıxacaq.

Arif Əsədovun rəhbərlik etdiyi komanda Monqolustan seçməsini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, digər matçda Bolqarıstanla Tanzaniya üz-üzə gələcəklər. “Liv Bona Dea Arena”da təşkil olunacaq bu oyun saat 17:00-da başlayacaq.
“FIFA series - Edition 2024”

22 mart

20:00. Azərbaycan - Monqolustan

Baş hakim: Zorbay Küçük (Türkiyə)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO