"İnter Mayami" ilə Honq Konq millisi arasında keçiriləcək yoldaşlıq matçına bilet alan azarkeşlər biletin qiymətinin 50 faizi həcmində təzminat alacaqlar.
Bizim.Media xəbər verir ki, buna səbəb ABŞ təmsilçisinin futbolçusu Lionel Messinin sözügedən oyunda meydana çıxmamasıdır.
Azarkeşlər məhz 38 yaşlı forvardın oynamamasına görə etiraz ediblər.
Bildirilir ki, onların əksəriyyəti biletləri məhz Messini izləmək üçün alıblar. Ona görə də fanatlar biletlərinin qiymətlərinin 50 faizi məbləğində təzminat alacaqlar.
Maraqlıdır ki, bu matça biletin minimum qiyməti 115 avro olub. Xatırladaq ki, Messi zədə səbəbindən bu oyunda ehtiyatda qalıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:35 / 19.03.2024
Messini görməyən azarkeşlər təzminat alacaqlar
Hazırda oxunan: Messini görməyən azarkeşlər təzminat alacaqlar
Hazırda oxunan: Messini görməyən azarkeşlər təzminat alacaqlar
183399
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.