Gimnastlarımız beynəlxalq turnirdə qızıl medal qazandılar

Gimnastlarımız beynəlxalq turnirdə qızıl medal qazandılar

Hazırda oxunan: Gimnastlarımız beynəlxalq turnirdə qızıl medal qazandılar

183022

Bakıda keçirilən idman gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində medal qazanan azərbaycanlı idmançılar mükafatlandırılıb.

Bizim.Media  xəbər verir ki, böyüklər arasında mübarizə aparan gimnastlarımız ayrı-ayrı alətlər üzrə hərəkətlərdə medallara layiq görülüblər.

Azərbaycan millisinin üzvləri Nikita Simonov halqalarda qızıl, İvan Tixonov paralel qollarda qızıl, halqalarda bürünc, Rəsul Əhmədzadə sərbəst hərəkətlərdə qızıl, paralel qollarda bürünc, Nazənin Teymurova dayaqlı tullanmada qızıl, müxtəlif hündürlüklü qollarda bürünc, Murad Ağarzayev isə sərbəst hərəkətlərdə gümüş medal qazanıb.
Qeyd edək ki, Bakıda təşkil olunan “AGF Trophy” beynəlxalq turnirinə bu gün yekun vurulacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO