Gimnastlarımız beynəlxalq turnirdə 9 medal QAZANDI

Gimnastlarımız beynəlxalq turnirdə 9 medal QAZANDI

Hazırda oxunan: Gimnastlarımız beynəlxalq turnirdə 9 medal QAZANDI

182952

Ölkəmizdə təşkil olunan idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirində fərdi çoxnövçülükdə qaliblər müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan gimnastları 9 (1 qızıl, 3 gümüş, 5 bürünc) medal qazanıblar. 

Böyüklər arasında komandamızın üzvü İvan Tixonov qızıl, Nazənin Teymurova gümüş, Rəsul Əhmədzadə isə bürünc medal qazanıb.

Gənclər arasında Xədicə Abbaszadə və Aydın Əlizadə bürünc medallara sahib çıxıblar. Yeniyetmələr arasında İlham Salayev və Leyla Məmmədzadə gümüş, Hüseyn Qəhrəmanov və Albina Aliyeva bürünc medal əldə ediblər.

Qeyd edək ki, beynəlxalq turnirə sabah yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO