“Xəzri” “Xırdalan”ın qələbə seriyasına son qoydu - FOTO

“Xəzri” “Xırdalan”ın qələbə seriyasına son qoydu - FOTO

Hazırda oxunan: “Xəzri” “Xırdalan”ın qələbə seriyasına son qoydu - FOTO

182808

Azərbaycan Basketbol Liqasında XV turun oyunları davam edib. 

Bizim.Media xəbər verir ki, bu gün daha 2 matç keçirilib. Lider “Xəzri” “Xırdalan” ilə üz-üzə gəlib. 

"Xırdalan"ın 5 oyunluq qələbə seriyası başa çatıb. Qarşılaşma "Xəzri" basketbolçularınün böyük üstünlüyü ilə yekunlaşıb. NTD-İNDİQO isə Xaçmazda “Sərhədçi”dən güclü olub. Tahir Baxşıyevin komandası 10 xal fərqi ilə qalib gəlib. 

Qeyd edək ki, turun ilk matçında “Neftçi” “Gəncə”yə 97:62 hesabı ilə qalib gəlib. Turun digər matçlarında sabah “Cəlilabad” Sabah”ı, martın 17-də isə “Şəki” “Sumqayıt”ı sınağa çəkəcək.

XV tur

15 mart

14:00. NTD-İNDİQO – “Sərhədçi” - 84:74 (24:21, 17:18, 23:20, 20:15)

Xaçmaz Olimpiya İdman Kompleksi

19:30. “Xırdalan” – “Xəzri” - 82:106 (22:32, 15:29, 22:18, 23:27)

Sərhədçi İdman Mərkəzi



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO