UEFA Avropa Liqasının 1/8 finalının cavab oyunu çərçivəsində keçiriləcək "Bayer" - "Qarabağ" oyunu artıq start götürüb.
Bizim.Media xəbər verir ki, Azərbaycanlı azarkeşlər "Bay Arena"nın qarşısında toplaşaraq, doğma komandaya dəstəklərini hələ oyun başlamazdan əvvəl nümayiş etdiriblər.
Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb. Bu hesab bugünkü matçın gərginliyini bir qədər də artırır.
Qeyd edək ki, "Bayer" bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır.
Leverkuzenlilər bütün turnirlər daxil 36 oyundur uduzmur. Xabi Alonsonun çalışdırdığı kollektiv bunlardan 31-də qalib gəlib, 5 oyunda heç-heçə edib.
Bizim.Media